Bakıda oğurlandığı iddia edilən yeniyetmə tapıldı Bakıda itkin düşən 17 yaşlı Sevda Marat qızı Şaymuradova tapılıb.
Bununla bağlı Globalinfo.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, yeniyetmə polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, yeniyetmənin ailəsi onun oğurlandığını iddia etmişdi.














