Ödənişli yolda ağır qəza: 8 yaralı – ADLAR

Ödənişli yolda ağır qəza: 8 yaralı - ADLAR

Ödənişli yolda avtomobil qəzası nəticəsində xəsarət alan səkkiz şəxsin kimliyi məlum olub.

Globalinfo.az “Report”a istinadən bildirir ki, Bakı-Quba-Rusiya ödənişli avtomobil yolunun Xaçmaz rayonundan keçən hissəsində, “Chery”, “Kia” və “Chevralet” markalı minik avtomobillərinin iştirakı ilə baş vermiş qəza nəticəsində Sumqayıt şəhər sakinləri- 2010-cu il təvəllüdlü Sərdarlı Aylin, 2006-cı il təvəllüdlü Əliyeva Məryəm, 2010-cu il təvəllüdlü Ömər Əli və Bakı şəhər sakinləri 1993-cü il təvəllüdlü Rəfiyeva Gülgün, 2015-ci il təvəllüdlü Rəfizadə Fatimə, 1952-ci il təvəllüdlü Hüseynova Güldəstə, 1990-cı il təvəllüdlü Hüseynova Güldəstə və 1979-cu il təvəllüdlü Huseynova Ədibə müxtəlif dərəcəli xəsarət alıblar.

Yaralılar tibbi yardım olunduqdan sonra yaşayış ünvanları üzrə həkim nəzarətinə göndəriliblər. Onların Şimal bölgəsinə istirahətə getdikləri bildirilir.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, zəruri istintaq tədbirləri görülür.

***13:21

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi ödənişli avtomobil yolunda qəza olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yolun Xaçmaz rayonunun Hülövlü kəndi yaxınlığından keçən hissəsində 3 avtomobil qəzaya uğrayıb.

Öncə “Chery” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Daha sonra hadisə yerində dayanmaq istəyən “KİZ” markalı avtomobilə arxadan gələn “Chevrolet” markalı nəqliyyat vasitəsi çırpılıb.

Ümumilikdə 8 nəfər müxtəlif dərəcəli xəsarətlar alıb. Onlar Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO Bakı-Quba yolunda qəza olub, 8 nəfər xəsarət alıb - FOTO

v