Kimin biabırçılığı təkrarlanmadı, amma iki ciddi yanlış var

Kimin biabırçılığı təkrarlanmadı, amma iki ciddi yanlış var

“ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayenin performansı sələfinkindən qat-qat yaxşı idi, amma o da iki ciddi yanlışa yol verdi”.

Bu sözləri Globalinfo.az-a politoloq Fuad Çıraqov deyib.

Onun sözlərinə görə, Obrayenin sələfi, bu vəzifəni müvəqqəti icra edən Yuri Kimin Senat qarşısında sentyabrın 14-də çıxışı da tam bir biabırçılıq idi:

“Yuri xanım özünü Menendezdən daha ermənipərəst göstərmişdi. Təkcə buna görə biabırçılıq deyildi, elementar şeyləri bilmirdi, ya da özünü bilməzliyə qoymuşdu.
Yuri xanımdan senatorların içərisində yeganə vicdanlısı olan soruşmuşdu ki, bəs Ermənistan Rusiyaya tətbiq edilən sanksiyalara əməl edirmi, o da demişdi ki, “inanır”.

Senator təəccüblənərək bir də soruşmuşdu. Bu zaman xanım Yurinin əli ayağına dolaşmışdı. Təkcə aprel ayına olan məlumata görə, Ermənistan çiplərin re-eksportunu 515% artırmışdı. Yuri xanım da məhz bu “performansdan” sonra vəzifədən uzaqlaşdırıldı.

Kimin biabırçılığı təkrarlanmadı, amma iki ciddi yanlış var

Fuad Çıraqov

Obrayendən “Ermənistan sanksiyalara əməl edir?” soruşanda dedi ki, bundan xəbəri var. Yəni o, ev tapşırığını yaxşı və axıra qədər öyrənməmişdi. Əvvəlcə başladı ki, ermənilər gözəl əməkdaşlıq edir, nə məlumat istəyirik verirlər, şirkətləri müəyyən edirik. Obrayen bu vəzifəyə qədər Dövlət Departamentində sanksiyalar üzrə yüksək vəzifədə işləyirdi. Həmin epik cümlə belə idi: “bilirsiniz, ermənilər indi öz sərhədlərinə nəzarət etmirlər, ona görə də Rusiyaya re-eksport olan sanksiya altında mallar Ermənistana daxil olanda nəsə edə bilmirlər.

Əlqərəz, ermənilərin könlünü alan, əzablarından bəhs edən cümlələr və ifadələr adiləşib”.

Turan Rzayev
Globalinfo.az