Obamanın Trampla söhbətinə Harrisdən qəribə reaksiya – VİDEO

Obamanın Trampla söhbətinə Harrisdən qəribə reaksiya - VİDEO

Ötən gün ABŞ-ın 39-cu prezidenti Cimmi Karter ilə vida mərasimində iştirak edən sabiq liderlərin görüntüləri yerli media və sosial şəbəkələrdə müzakirələrə səbəb olub. 

Globalinfo.az xəbər verir ki, mərasimdə ABŞ-ın 42-ci prezidenti Bill Klinton, xanımı Hilari Klinton, 43 və 44-cü prezidentləri Corc Buşla Barak Obama, həmçinin yeni seçilmiş Ağ Ev rəhbəri Donald Tramp və xanımı da iştirak ediblər.

Mərasimə qatılan hazırkı vitse-prezident Kamala Harrisin kilsəyə daxil olarkən keçmiş prezidentlərlə salamlaşmadan yerinə keçməsi diqqət çəkib. O, əyləşdikdən sonra yan-yana dayanan Obama və Trampa dönüb, lakin ikisinin söhbət etdiyini gördükdə önə çevrilib. Harrisin ikilinin danışığına verdiyi reaksiya maraq doğurub.

ABŞ-ın 47-ci prezidentliyinə namizəd olan Harrisin kampaniyada ən böyük dəstəkçilərindən biri Barak Obama və xanımı idi. Obama aktiv şəkildə Harrisin təbliğat toplanışlarında iştirak edir, xalqı ona səs verməyə çağırırdı. O, Trampın prezident olmasını ABŞ üçün faciə adlandırır, onun qalibiyyətini demokratiya üçün təhlükə kimi dəyərləndirirdi. Buna görə də Karterlə vida mərasimi boyunca Obama-Tramp ikilisinin səmimi görüntüləri, söhbətləşmələrinin Harrisi narahat etdiyi deyilir.

Qeyd edək ki, keçmiş prezident C.Karter ötən ilin dekabrın 30-da 100 yaşında vəfat edib.

Ayşən Mustafa
Globalinfo.az