O da “Space” TV-dən getdi

O da "Space" TV-dən getdi

“Space” TV-nin bədii rəhbəri, rejissor İman Məcidov telekanalla yollarını ayırıb.

Globalinfo.az Axşam.az-a istinadən xbər verir ki, 2006-cı ildən “Space”də çalışan İman Məcidov işdən ayrılmaqla bağlı ərizəsini yazıb.

İman Məcidov açıqlamasında xəbəri təsdiqləyib:

“Yeni rəhbərlik gəlib. Öz komandaları var, anlayıram. Sadəcə, mənə bir az gec dedilər. Həm öz xahişimlə oldu, həm də anlaşa bilmədik”.

Qeyd edək ki, “Space” TV-nin rəhbəri Əməkdar incəsənət xadimi, kinoprodüser Müşfiq Hətəmov idi. Fevralın 7-də bu vəzifəyə “Parni iz Baku” KVN komandasının keçmiş üzvü Vado Korovin təyin olunub.