O, 90-cı illərdə Qarabağ üçün Rusiya variantını təklif edirdi – Paşinyan

“Kim daha çox vətənpərvərdir “tezisi bizə böyük problem yarada bilər. Bizim rəhbər tutduğumuz Almatı bəyanatını Levon Ter-Petrosyan imzalayıb. Bu bəyanata görə, dövlətlərin administrativ sərhədləri dövlət sərhədi tanınır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.

O, bu sənədin imzalandığı və təsdiqləndiyi dönəmdə Ermənistanın iki eks-prezidentinin deputat olduğunu söyləyib.

Paşinyan, həmçinin Ter-Petrosyanın 1990-cı illərdə “Zerkalo” qəzetinə müsahibə verdiyini və burada İrəvanı Qarabağdakı ermənilərə Rusiyadakı kimi muxtariyyət verilməsinin qane etdiyini dediyini bildirib.

İlkin Həsənov