Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı

Nuridə Allahyarova Yeni Klinikadan ayrıldı

Yeni Klinikanın ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova işindən ayrılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

“Klinika ilə başlayan iki illik maraqlı yolum yekunlaşdı. Nə zamansa, hansısa həkimi qınamışamsa, üzr istəyirəm. Onlar ömür boyu peşələrini layiqincə, səbrlə daşıyırlar. İşlə bağlı aramızda küslük olan media həmkarlarım da oldu. Sağ olsunlar ki, heç vaxt bundan sui-istifadə edib mövzunu başqa müstəvilərdə davam etmədilər”, – deyə o yazıb.

Leyla Əlisoy
Globalinfo.az