Nümayəndəsindən Sərkisyan barədə gülünc iddia

“Serj Sərkisyan Ermənistanın milli təhlükəsizlik və daxili işlər naziri vəzifələrində çalışarkən ona heç bir ödəniş edilməyib”.

Globalinfo.az xəbər verir ki, bunu Sərkisyanın nümayəndəsi onun barəsində korrupsiya ilə bağlı açılan cinayət işinin məhkəmə iclasında deyib.

O iddia edib ki, guya Sərkisyan həmin vəzifələrdə çalışdığı müddətdə ona maaş, ezamiyyə pulu və digər ödənişlər edilməyib.

Qeyd edək ki, Ermənistanın III prezidenti Serj Sərkisyan dövlət büdcəsindən külli miqdarda pul mənimsəməkdə ittiham olunur. Onun adı milyardlıq korrupsiya əməlində hallanır.

Ayşən Mustafa
Globalinfo.az