Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı təltif edildi

Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı təltif edildi

Ombudsman Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlını təltif edib.

Globalinfo.az xəbər verir ki, Dilarə Əliyeva adına Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu, Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin sədri Səadət Bənənyarlı və “İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi” İctimai Birliyinin sədri Səidə Qocamanlı insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyətlərinə görə Ombudsman Səbinə Əliyeva tərəfindən “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) təsisatının 20 illiyi (2002-2022)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.

Zaira Akifqızı
Globalinfo.az