Norveçdən Ukraynaya yeni il yardımı: Buna icazə verildi

Norveçdən Ukraynaya yeni il yardımı: Buna icazə verildi

Norveç hökuməti Norveç şirkətlərinə yanvarın 1-dən Ukraynaya birbaşa silah və müdafiə məhsulları ixrac etməyə icazə verib.

Globalinfo.az xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydə məlumat verib.

“Ukraynaya dəstək Norveç və Avropanın təhlükəsizliyi üçün vacibdir. Bu baxımdan hökumət Norveç sənayesindən Ukraynaya birbaşa silah və müdafiə məhsullarının satışına icazə vermək qərarına gəlib”.

Onu da qeyd edək ki, Norveçin Ukraynaya dəstəyi 4 istiqamət üzrə həyata keçirilir: öz ehtiyatlarından vəsaitin ayrılması, beynəlxalq əməkdaşlıq mexanizmləri və fondlar vasitəsilə maliyyə təminatı, müdafiə sənayesindən yardım və Ukrayna hərbçilərinin hazırlanması.

Safura Bənnayeva
Globalinfo.az