Nobelçi azərbaycanlı xəstəxanaya yerləşdirildi

Nobelçi azərbaycanlı xəstəxanaya yerləşdirildi

Həbsxanada olan İran azərbaycanlısı, Nobel mükafatı laureatı Nərgiz Mohəmmədi Tehran xəstəxanalarından birinə yerləşdirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun Fars Xidməti məlumat yayıb.

Bildirilir ki,Nərgiz Mohəmmədinin səhhətindən iki aydır problem var. Ona ümumilikdə 9 həftə tibbi yardım göstərilməsinə izn verilməyib.

Qeyd edək ki, N.Mohəmmədi bir müddət öncə həbs edilib. O, “İran əleyhinə təbliğat”da ittiham edilərək bir illik həbs cəzasına məhkum olunub.

Əliyar Xəlil
Globalinfo.az