Nobel mükafatçısı hökumət başçısı oldu

Nobel mükafatçısı hökumət başçısı oldu

Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus Banqladeşin müvəqqəti hökumətinə rəhbərlik edəcək.

Globalinfo.az xəbər verir ki, bu barədə Banqladeş prezidentinin mətbuat katibi Coynal Abedin məlumat yayıb.

Abedinin sözlərinə görə, Yunusun təyin edilməsi barədə qərar dövlət başçısının “Tələbələr ayrı-seçkiliyə qarşı” hərəkatının liderləri ilə avqustun 6-da axşam saatlarında baş tutan görüşündən sonra qəbul edilib.

“Müvəqqəti kabinetin qalan üzvlərinin təyinatı müxtəlif siyasi partiyalarla məsləhətləşmələrdən sonra yekunlaşdırılacaq”, – Abedin deyib.

Banqladeş prezidenti baş nazir Şeyx Hasinanın istefasından sonra müvəqqəti hökumət qurmaq üçün parlamenti buraxıb.

Hazırda 84 yaşlı Yunus Beynəlxalq Olimpiya Komitəsinin dəvəti ilə xüsusi qonaq qismində Parisdədir. O, xaricdə də müalicə alır.

Alim iqtisadi inkişaf sahəsindəki fəaliyyətinə görə 2006-cı ildə Nobel Sülh Mükafatına layiq görülüb.

Xatırladaq ki, avqustun 5-də Banqladeşdə tələbələrin etirazı paytaxtda iğtişaşlara çevriib. Ölkənin baş naziri Şeyx Hasina istefa verdikdən sonra Hindistana qaçıb və oradan Böyük Britaniyadan siyasi sığınacaq istəyib .