Nizaməddin Şəmsizadə dəfn edildi

Nizaməddin Şəmsizadə dəfn edildi

Professor Nizaməddin Şəmsizadə Binəqədi qəsəbəsində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Globalinfo.az xəbər verir ki, dəfn mərasimində mərhumun ailə üzvləri, müxtəlif ictimaiyyət nümayəndələri iştirak ediblər.

***11:13

Professor Nizaməddin Şəmsizadə poliorqan çatışmazlığı səbəbindən ölüb.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

“Həkimlərin bütün cəhdlərinə baxmayaraq, yanvarın 24-ü saat 02:55-də poliorqan çatışmazlığından şəxsin ölüm faktı qeydə alınıb”, – məlumatda qeyd olunub.

***09:00

Professor Nizaməddin Şəmsizadə vəfat edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Publika.az-a onun qızı Ayfər Nizaməddinqızı məlumat verib.

Xatırladaq ki, Nizaməddin Şəmsizadə komaya düşmüşdü. O, 40 gün xəstəxanada süni tənəffüs aparatına qoşulu vəziyyətdə qalıb.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 10-dan çox monoqrafıyanın, bir sıra hekayə, şeir və esselər kitablarının, 250-dən çox ədəbi-tənqidi, elmi-nəzəri və fəlsəfi-publisistik məqalənin müəllifidir. Prezident İlham Əliyevin Sərəncamı ilə Nizaməddin Şəmsizadə Dövlət Mükafatına layiq görüb. 2019-cu ildə Bakı Dövlət Universitetinin 100 illiyi münasibətilə və Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə “Əməkdar elm xadimi” fəxri adı ilə təltif edilib.