“Nikosayağı” kimi tanınan bloger Nicat Şakirliyə hökm oxunub.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.
Hökmə əsasən, Nicat Şakirli cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən prosesdə prokuror Orxan Mehdiyev məhkəmədən təqsirləndirilən şəxsin 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, ötən ilin avqustunda N.Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə yük maşınına (TIR) çırpılıb. Qəza nəticəsində avtomobildə olan blogerin dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirlinin sağ qolu dirsəkdən amputasiya olunub.

X X X
“Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib.
Daha sonra prosesdə Nicar Şakirli son söz deyib. O, çıxışında qəzada ölən dostunun ailəsindən üzr istəyir:
“Allah onsuz mənim cəzamı verib. Dostumun ailəsindən üzr istəyirəm. Hadisə ilə bağlı özümü təqsirli bilirəm. Sonsuza qədər ürəyimdə bu cəzanı çəkəcəm. Ölən şəxs öz qardaşımdan seçilmir. Veriləcək hər cəzanı da çəkməyə hazıram”.
Məhkəmə hökm qəbul etmək üçün müşavirəyə yollanıb.
***09:37
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloqer Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə keçirilir.
Prosesdə N.Şakirlinin vəkili çıxış edir.
***09:37
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən “Nikosayağı” ləqəbi ilə tanınan bloger Nicat Şakirlinin cinayət işi üzrə məhkəmə prosesi keçiriləcək.
Globalinfo.az oxu.az-a istinadən bildirir ki, proses hakim Samir Əliyevin sədrliyi ilə baş tutacaq.
N.Şakirli artıq məhkəmə salonuna gəlib. Onun atası, qardaşı, eləcə də bloger dostları məhkəmə prosesində iştirak edəcəklər.
Məhkəmə prosesi 09:30-da başlayacaq.














