“Nikosayağı”nı hansı cəza gözləyir? – Vəkil açıqladı

Bloger “Nikosayağı” kimi tanınan Nicat Şakirli idarə etdiyi “Porsche” markalı avtomobillə Heydər Əliyev prospektində Ramiz Aivazovun idarə etdiyi yük maşınına çırpılıb.Maraqlıdır, sürücü Nicat Şakirlini qəza səbəbilə hansı cəza gözləyir?

Globalinfo.az xəbər verir ki, vəkil Mehman Muradlı Sfera.az-a açıqlamasında ekspertiza rəyindən sonra məsələnin aydınlaşacağını qeyd edib:

“Sürücü əgər sükanda olarkən içkili vəziyyətdə olubsa, bu zaman onu 5 ildən 8 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər sürücü sükan arxasında içkili olmayıbsa, bu zaman  2 ildən 6 ilədək azadlıqdan məhrum edilə bilər. Ekspertiza rəyindən sonra tətbiq ediləcək cəza arta, yaxud azala bilər”.

Vəkil sözügedən hadisə ilə bağlı azadlıqdan məhrumetmə cəzasına alternativ olaraq cərimə tətbiqinin qanunla nəzərdə tutulmadığını da qeyd edib.