“Nikosayağı”nın son vəziyyəti açıqlandı – YENİLƏNİB

Kliniki Tibbi Mərkəzdə müalicəsi aparılan Nicat Şakirlinin vəziyyəti stabil ağır olaraq qiymətləndirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Qeyd olunub ki, hazırda N.Şakirli həkim nəzarəti altındadır.

Fəxri Rüstəmova Sabunçu Tibb Mərkəzində sağ əlin iki barmağının kəsilmiş yarası diaqnozu ilə ilkin tibbi yardım göstərilib, zəruri müayinələr aparılıb. Daha sonra vətəndaş özünün və ailəsinin istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.

Xatırladaq ki, avqustun 15-i saat 01:08 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Nərimanov rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı çağırış daxil olub, briqadalar dərhal hadisə yerinə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Nicat Şakirli (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə, Fəxri Rüstəmov (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinə təxliyə olunublar.

***10:05

TƏBİB-in tabeliyindəki tibb müəssisəsinə yerləşdirilən Nicat Şakirlinin vəziyyəti stabil olaraq qalır.

Bu barədə Globalinfo.az-a TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda həkim nəzarəti altında lazımı müayinə və müalicələri davam etdirilir.

Xatırladaq ki, gecə 01:08 radələrində Nərimanov rayonu ərazisindəyol-nəqliyyat hadisəsi baş verib.

Hadisə nəticəsində xəsarət alan vətəndaş Şakirli Nicat (29 yaş) sağ yuxarı ətrafın dirsəkdən amputasiyası diaqnozu ilə, Rüstəmov Fəxri (23 yaş) sağ əlin kəsilmiş yarası diaqnozu ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə təxliyə olunublar.