Niderland Ukraynaya 25 zirehli maşın göndərəcək.
Globalinfo.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə krallığın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, maşınlar yaralıların təxliyəsi üçün istifadə ediləcək.
Bundan başqa, qurumun açıqlamasında Niderlandın Kiyevə vəd etdiyi T-72 tankları və F-16-ların yeni partiyasının tədarük edildiyi də deyilir.
Xatırladaq ki, daha əvvəl Niderland Ukrayna Silahlı Qüvvələri üçün bir milyard avro həcmində 155 millimetrlik artilleriya mərmiləri almışdı.
Aysel Əliyeva
Globalinfo.az














