Niderland Ukraynaya göndəriləcək “F-16” qırıcıları üçün silahların alınmasına əlavə 300 milyon avro ayıracaq.
Globalinfo.az xəbər verir ki, bu barədə Niderlandın Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Nazirlikdən bildirilib ki, söhbət birbaşa istehsalçılardan alınacaq silahlardan gedir.
Xatırladaq ki, Niderland, Danimarka və ABŞ-la birlikdə Ukraynaya “F-16” qırıcılarının verilməsinə və pilotların hazırlanması üzrə koalisiyaya rəhbərlik edir.
Qeyd edək ki, Niderland daha öncə bu məqsədlər üçün Ukraynaya 150 milyon avro ayırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














