Avropada qeyri-adi olay: komanda 12 nəfərlə oynayıb qol vurdu – FOTO

Avropada qeyri-adi olay: komanda 12 nəfərlə oynayıb qol vurdu - FOTO

Niderland Erediviziyasının 21-ci turunda “Herenven”-“Fortuna” matçında qeyri-adi hadisə baş verib.

Oxu.Az championat.com-a istinadən xəbər verir ki, oyunun 90-cı dəqiqəsində texniki səhv ucbatından qonaqların heyətində 12 futbolçu olub.

Matçın baş hakimi say üstünlüyünü nəzərdən qaçırıb və bir dəqiqə ərzində çoxluqda qalan “Fortuna” meydan sahiblərinin qapısına qol vuraraq hesabı bərabərləşdirib – 2:2.

Bu epizod “Herenven”in baş məşqçisi Robin van Persinin etirazlarına səbəb olub. Lakin qol hesaba alınıb.

image