Niderland hökuməti Ukraynaya hərbi dəstəyi ən azı 2029-cu ilin sonunadək davam etdirməyi planlaşdırır.
Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin yeni müdafiə strategiyasında qeyd olunub.
Sənədə əsasən, Haaqa zərurət yarandığı halda Ukraynanın ehtiyaclarına uyğun silah tədarükünü davam etdirməyə, o cümlədən NATO mexanizmləri vasitəsilə bu dəstəyi genişləndirməyə hazırdır. Eyni zamanda iki ölkənin müdafiə sənayeləri arasında əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulur.
Niderland Müdafiə Nazirliyi Ukraynadakı müharibədən əldə olunan təcrübənin ölkənin Silahlı Qüvvələrinin inkişafında istifadə ediləcəyini də bildirib.
Xatırladaq ki, Ukraynaya növbəti üç il ərzində hər il 3 milyard avro yardım ayrılması və müdafiə xərclərinin NATO-nun müəyyən etdiyi ÜDM-in 3,5 faizi səviyyəsinə çatdırılması planlaşdırılır. Bununla yanaşı sosial müavinətlər, səhiyyə və yaşlılara qulluq sahəsində xərclərin azaldılması nəzərdə tutulur.
Əliyar Xəlil