Ukraynadan ABŞ-a: Bu silahları verin, qalib gələk!

Ukrayna Silahlı Qüvvələri müharibənin davam etdirilməsi və qələbə ilə nəticələnməsi üçün ABŞ-dan çox sayda silah tələb edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Röyter” məlumat yayıb.

Ukrayna xüsusilə THAAD raket əleyhinə müdafiə sistemləri, “F/A-18 Hornet” qırıcıları, “Apaçi” helikopterləri, həmçinin “C-130 Hercules”, “C-17 Globemaster” hərbi-nəqliyyat təyyarəsi istəyib.

Vaşinqtonun rəsmi Kiyevin bu tələbinə hansı cavabı verdiyi bəlli deyil.

Safura Bənnayeva
Globalinfo.az