Netnyahu: “Qəzzada demarkasiya aparılacaq”

“Qəzza zolağında silahlı münaqişə başa çatdıqdan sonra İsrail anklavın sərhədlərini müəyyənləşdirmək niyyətindədir” 

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Beyamin Netanyahu deyib.

Baş nazir bildirib ki, İsrail bunun üçün ərəb ölkələrinin köməyinə ümid edir:

“Düşünürəm ki, biz demarkasiya prosesi həyata keçirməli olacağıq. Qəzzaya göndərilən humanitar yardımı koordinasiya etmək üçün mülki adminitrasiya yaradılmalıdır. Bunları etmək üçün isə ərəb ölkələri arasında əməkdaşlığa ehtiyac var. Münaqişdən sonra anklav əhalisinə məktəblərdə və məscidlərdə “de-radikalizasiya” prosesinin həyata keçirilməsinə htiyac duyulacaq. İnsanlara fərqli gələcək təbliğ ediləcək. Həmin ərazidə yenidənqurmaya ehtiyac olacaq”.

Əliyar Xəlil
Globalinfo.az