Qətər İsrailin Baş naziri Benyamin Netanyahunun üzrxahlığı qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid əl-Ənsari deyib.
Diplomat vurğulayıb ki, indiki vəziyyətdə Qətər üçün ən vacib şey onun suverenliyini qorumaq və bütün sakinlərin təhlükəsizliyini təmin etməkdir:
“Buna görə də İsrail tərəfinin bu vəziyyətin təkrarlanmayacağına dair zəmanəti Doha üçün vacib idi”.
Qeyd edək ki, sentyabrın 29-da Netanyahu qətərli həmkarı Məhəmməd bin Əbdül Rəhman bin Casim Əl Taniyə zəng edərək sentyabrın 9-da Dohaya edilən hava hücumuna görə üzr istəyib.
Əliyar Xəlil
Globalinfo.az














