Netanyahudan təhlükə çağırışı: “Onlar İrana təslim oldular”

“MAQATE İran hakimiyyətinə təslim oldu”.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu MAQATE-nin İranın Fordo şəhərindəki nüvə obyektində uranın 83,7%-ə qədər zənginləşdirilməsi ilə bağlı təhqiqatı bağlamaq qərarına münasibət bildirərkən deyib.

“İran Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) yalan danışmağa davam edir. Agentliyin İranın təzyiqlərinə təslim olması onun reputasiyasına qara ləkədir. MAQATE-nin bu zəif bəhanələr qarşısında təsirsiz davranışı İran hökmdarlarına açıq şəkildə göstərir ki, onlar öz pozuntularına görə heç bir bədəl ödəməli olmayacaqlar və nüvə silahı əldə etmək səylərini davam etdirərək beynəlxalq ictimaiyyəti aldada bilərlər”, – deyə o bildirib.