Netanyahu yayılan xəbərləri təkzib etdi

Netanyahu yayılan xəbərləri təkzib etdi

İsrail Baş naziri Benyamin Netanyahu Livanla atəşkəsdən imtina edib.

Globlainfo.az xəbər verir ki, o, ABŞ və Fransanın təklifini qəbul etmədiklərini bildirib.

Netanyahunun mətbuat xidməti İsrail-Livan sərhədindəki döyüş fəaliyyətlərinin intensivliyinin azaldılmasını xəbərini də təkzib edib:

“Baş nazir orduya döyüş fəaliyyətlərini bütün gücüyülə davam etdirməyi əmr edib”.

Rəsmi Təl-Əviv həmçinin Qəzzadakı əməliyyatları da bitirməyəcəklərini açıqlayıb.

Qeyd edək ki, bundan öncə ABŞ və Fransa İsrail-Livan sərhədində 21 günlük atəşkəs təklif etmişdi. Qərb mətbuatı isə atəşkəsin yaxın saatlardan qüvvəyə minəcəyini yazmışdı.

Əliyar Xəlil
Globalinfo.az