İsrail Baş naziri Benyamin Netanyahuda bağırsaq iltihabı aşkarlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə hökumət başçısının ofisi məlumat yayıb.
“Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və həkimə müraciət edib. Nəticədə ona bağırsaq iltihabı diaqnozu qoyulub. Narahatlığın səbəbi xarab olmuş qidanın qəbuludur”, – deyə bildirilibş
Məlumata görə, İsrailin baş naziri hazırda müalicə alır:
“Netanyahu növbəti üç günü evində keçirəcək və dövlət işlərini oradan idarə etməyə davam edəcək”.














