Netanyahu Trampla Suriyadan danışdı

Netanyahu Trampla Suriyadan danışdı

İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp arasında telefon danışığı olub.

Globalinfo.az xəbər verir ki, məlumatı İsrail baş nazirinin müşaviri Dmitri Gendelman yayıb.

Tərəflər Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Qeyd edək ki, Tramp prezident vəzifəsinin icrasına başladıqdan dərhal sonra prioritetinin Ukraynada müharibəni bitirmək olacağını bildirib. O, Yaxın Şərqin də prioritet olduğunu, amma bu böhranın Ukraynadakından asan məsələ olduğunu söyləyib.

Əliyar Xəlil
Globalinfo.az