Netanyahu toplantı keçirdi: İrana hücum başlayır – “Axios”

Netanyahu toplantı keçirdi: İrana hücum başlayır - “Axios”

İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden Təl-Əvivin İrana hücumu ilə bağlı danışıqlar aparacaq.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Axios” çıxış edib.

Məlumata görə, bu, Baydenlə Netanyahu arasında son iki ayda ilk görüş ola bilər.

Sayt bildirir ki, Netanyahu nazirlər, hərbçilər və kəşfiyyat rəhbərləri ilə İrana hücumun miqyası və müddəti barədə müzakirələr aparıb.

İsrailin hücumlarını əsasən İranın hərbi obyektlərinə edəcəyi, həmçinin İsmayıl Haniyədə olduğu kimi gizli hücumlar gerçəkləşdirəcəyi vurğulanıb.

Bundan başqa, neft buruqlarına zərbənin hələ də Netanyahunun masasında olduğu, amma Baydenin buna qarşı çıxdığı vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az