Netanyahu təcili tibbi yardıma müraciət etdi – xəstəxanaya yerləşdirildi

Netanyahu təcili tibbi yardıma müraciət etdi - xəstəxanaya yerləşdirildi

İsrailin Baş naziri Benyamin Netanyahu səhhəti ilə bağlı açıqlama verib.

“İndi özümü çox yaxşı hiss edirəm. Dünən mən Təbəriyyə gölündə günəş altında, baş geyimi olmadan və kifayət qədər susuz bir az vaxt keçirdim. Bu, pis fikir idi”, – baş nazir qeyd edib.

***

Özünü pis hiss edən İsrailin baş naziri Benyamin Netanyahu Tel-Əviv yaxınlığındakı “Tel HaShomer” xəstəxanasının təcili yardım şöbəsinə müraciət edib. 

Globalinfo.az xəbər verir ki, bu barədə İsrailin Kan dövlət radiosu məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, baş nazir öz kortejinin müşayiəti ilə xəstəxanaya gəlib və müayinəyə göndərilib.

İsrail Baş nazirinin dəftərxanasından verilən məlumatda isə bildirilir ki, Benyamin Netanyahunun səhhəti yaxşıdır və o, əlavə tibbi müayinələrdən keçmək üçün xəstəxanaya müraciət edib.