İsrailin Baş naziri Benyamin Netanyahu Qətərin paytaxtı Dohada baş vermiş hücuma görə qətərli həmkarından üzr istəyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters”ə Netanyahunun yaxın mənbəsi məlumat verib.
Üzr zəngi ABŞ-ın paytaxtı Vaşinqtondan, Ağ Evdən edilib. Netanyahu həmin vaxt ABŞ Prezidenti Donald Trampla görüş keçirirdi.
Məlumata görə, Netanyahu Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdürrəhman əl-Tani ilə telefon danışığı aparıb. Eyni zamanda, ayrıca mənbə bildirir ki, Qətərə məxsus texniki heyət də hazırda Ağ Evdə danışıqlarda iştirak edir.
Aysel Əliyeva
Globalinfo.az














