Netanyahu hərbi kabineti buraxdı


Benni Qantz kabineti tərk edəndən sonra İsrailin Baş naziri Benyamin Netanyahu yeni qərar verib.

Globalinfo.az xəbər verir ki, İsrail mediasında yayılan məlumata görə, Netanyahu hərbi kabineti buraxdığını elan edib.

İsrailin Baş naziri bildirib ki, B.Qantzın gedişindən sonra sözügedən kabinetin fəaliyyətinə ehtiyac qalmayıb.

Xatırladaq ki, bu struktur ötən il oktyabrın 11-dən etibarən HƏMAS ilə mübarizə məqsədləri üçün yaradılmışdı.

Əliyar Xəlil
Globalinfo.az