Netanyahu qərarını dəyişdi, Trampa “yox” dedi – Səbəb

Netanyahu qərarını dəyişdi, Trampa "yox" dedi - Səbəb

İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza ilə bağlı keçiriləcək Sülh Sammitində iştirak üçün Misirə nəzərdə tutulan səfərini ləğv edib. 

Globalinfo.az xəbər verir ki, baş nazirin yəhudi bayramı ilə sammitin üst-üstə düşməsi səbəbindən qərarını dəyişdiyi bildirilir.

ABŞ Prezidenti Donald Tramp baş naziri şəxsən dəvət edib, buna görə ona təşəkkür edirik. Lakin bazar ertəsi axşam başlayan və çərşənbə axşamı gün batana qədər davam edəcək Simhat Tövratı bayramı ilə əlaqdar səfər baş tutmayacaq”, – baş nazir ofisinin açıqlamasında qeyd edilir. 

Qeyd edək ki, Misirdə baş tutacaq sammitdə iştirak üçün 20-dən çox ölkəyə dəvət göndərilib.

Əliyar Xəlil
Globalinfo.az