İsrail Baş naziri Benyamin Netanyahu hərbi katibi, general-mayor Roman Qofmanı Moskvaya göndərib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
General Moskvada bir sıra vacib görüşlər keçirib.
Bildirilib ki, Suriyada fəaliyyətlərin koordinasiyası və təhlükəsizliklə bağlı mövzular gündəmdə olub.
Roman Qofmanın şənbə günü Rusiyadan geri qayıtdığı vurğulanıb.
“Netanyahunun belə addım atmasına əsas səbəb onun Türkiyənin Suriyada artan təsirindən narahat olmasıdır”, – deyə portal yekunlaşdırıb.
Qeyd edək ki, bundan öncə “Röyters” agentliyi İsrailin Suriyada Rusiya bazasının saxlanmasına və amerikalıları buna inandırmağa çalışdığını yazmışdı.
Əliyar Xəlil
Globalinfo.az














