İsrail ordusu Livanın paytaxtı Beyrutun cənubundakı Dahiya qəsəbəsində “Hizbullah”a məxsus hədəflərə hava zərbələri endirib.
Globalinfo.az xəbər verir ki, hücumun İsrail ərazilərinin atəşə tutulmasına cavab olaraq həyata keçirildiyi bildirilib.
Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın ofisinin yaydığı bəyanatda qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri Beyrutun Dahiya məhəlləsində yerləşən “Hizbullah”ın obyektlərini hədəfə alıb.
Rəsmi Təl-Əviv vurğulayıb ki, İsrail öz ərazisinin raket və ya digər hücumlara məruz qalmasına dözməyəcək.
Məlumata görə, iyunun 13-də “Hizbullah” Livanın cənubunda İsrail ordusunun mövqelərinə və hərbi texnikasına qarşı bir sıra zərbələr endirdiyini açıqlayıb. Bundan sonra bölgədə gərginlik yenidən artıb.
Əliyar Xəlil
Globalinfo.az