Netanyahu Baydenlə girovları müzakirə etdi

Netanyahu Baydenlə girovları müzakirə etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Co Baydenlə telefon danışığında Qəzza zolağında girovların azad edilməsi üzrə danışıqlardakı irəliləyişi müzakirə edib.

Globalinfo.az xəbər verir ki, bu barədə yəhudi dövlətinin hökumət başçısının ofisi məlumat yayıb.

“Baş nazir Benyamin Netanyahu az öncə ABŞ prezidenti Co Baydenlə danışıb. Baş nazir ABŞ prezidenti ilə girovlarla bağlı danışıqlarda irəliləyişi müzakirə edib və onların azad edilməsi prosesini sürətləndirmək üçün Dohada danışıqlar aparan nümayəndə heyətinə verilən mandat barədə məlumat verib”, – deyə qeyd olunub.

Bildirilib ki, Netanyahu ABŞ Prezidenti Co Baydenə və yeni seçilmiş prezident Donald Trampa girovların azad edilməsi missiyasını yerinə yetirməkdə əməkdaşlığa görə təşəkkür edib.