“İsrail İrandakı nüvə və enerji mərkəzlərinə deyil, hərbi obyektlərə hücum etmək niyyətindədir”.
Globalinfo.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, Netanyahu Baydenə İrandakı hərbi obyektlərin vurulacağını bildirib. İddiaya görə, baş nazir İsrailin ABŞ-ın istək və tövsiyələrini dinlədiyini, lakin öz maraqlarına uyğun hərəkət edəcəyini söyləyib.
İsrailin cavab tədbirlərinin həm də ABŞ seçkilərinə siyasi müdaxilənin qarşısını almaq üçün görüləcəyi qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az














