İsrail Baş naziri Benyamin Netanyahu yaxın həftələrdə Vaşinqtona səfər edib, ABŞ Prezidenti Donald Trampla görüşmək niyyətindədir.
Globalinfo.az xəbər verir ki, məlumatı CNN yayıb.
Bildirilib ki, iki lider İsrail-Səudiyyə Ərəbistanı münasibətləri, İranın nüvə proqramını müzakirə edəcəklər.
Qeyd edək ki, ABŞ prezidenti dünən İsrailə hər cür dəstək verəcəyini, ona qarşı bütün qadağaların ləğv olunacağını açıqlayıb. Trampın administrasiyasından isə İranın ən zəif dönəmini yaşadığı açıqlanıb. Yeni administrasiyanın nümayəndələri İranla bundan sonra necə davranacaqlarını bəyan etməyiblər.
Əliyar Xəlil
Globalinfo.az














