Nəriman növbəti qələbəsini qazandı

Azərbaycanın və “Qəbələ” idman klubunun döyüşçüsü Nəriman Abbasov növbəti qələbəsini qazanıb. İyirmi doqquz yaşlı MMA idmançısı “Naiza Fighting Championship” turnirində fərqlənib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, o, “Naiza Fighting Championship 50” çərçivəsində Qazaxıstanın Almatı şəhərində təşkil olunan döyüşdə gücünü mübarizə aparıb.

Döyüşçü Qırğızıstan idmançısı Kanibek Janıbek Uulu ilə qarşılaşıb. N. Abbasov rəqibi üzərində qələbə qazanıb.

Bu, idmançının peşəkar karyerasında 29-cu qələbədir. O buna 33 döyüşdə nail olub.