Nənələrinin küçəyə atdığı körpələrdən xəbər var

Nənələrinin küçəyə atdığı körpələrdən xəbər var

16.06.2023 təvəllüdlü Cəlilova Mələk Həsən qızı və 05.04.2021 təvəllüdlü Cəlilov Miryusif Həsən oğlu 26.10.2023 cü ildə Kliniki Tibbi Mərkəzin tabeliyindəki 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib.

Globalinfo.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Ruzbeh Məmməd bildirib. O qeyd edib ki, azyaşlı bacı-qardaşa yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoyulub və intensiv terapiya şöbəsinə qəbul olunub:

“Onların vəziyyəti orta ağırdır. Hər iki xəstənin müayinə və müalicələri davam etdirilir”.