putin gulur1

Rusiyadakı gürcü diasporunun rəhbəri David Çetsxladze Rusiya Prezidenti Vladimir Putinə Gürcüstan vətəndaşları üçün viza rejiminin ləğvinə görə təşəkkür edib.

Globalinfo.az xəbər verir ki, bu məlumatı Gürcüstan mətbuatı yayıb.

“Nəhayət ki, bu tarixi vacib və xoş gün gəlib çatdı. Bizim səsimiz eşidildi, prezident Putin Gürcüstan vətəndaşlarına Rusiyaya uzunmüddətli gəlməsi üçün sənədi təsdiqlədi. Gürcü icması adına Prezidentə verdiyi hədiyyəyə görə təşəkkür edirəm”, – o bildirib.

Qeyd edək ki, Putin bundan öncə Gürcüstan vətəndaşlarının Rusiyada qalma müddətini 90 günə qədər uzadıb. Rusiya bu addımı Gürcüstanın ABŞ ilə münasibətlərinin pisləşməsi fonunda atıb. Putinin addımı Gürcüstan müxalifətində narazılığa səbəb olub. Müxalifət hökumətin ölkəni Rusiyaya inteqrasiyaya hazırlaşdığını deyib. Hökumət isə bu iddiaları rədd edib. Onlar Gürcüstandakı parlament seçkisində qalib gələcəkləri halda Saakaşviliyə bağlı müxalifət partiyalarını bağlatdıracaqlarını bildiriblər.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: