Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Azərbaycanın təmsilçisi “Neftçi” Belarusun “Dinamo” (Minsk) komandası ilə üz-üzə gəlib.
Globalinfo.az xəbər verir ki, Bolqarıstandakı “Beroe” şəhər stadionunda keçirilən qarşılaşma Bakı təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Lakin “Neftçi” ilk oyunda doğma meydanda rəqibinə 2:4 hesabı ilə uduzduğu üçün iki oyunun nəticəsinə əsasən 3:4 hesabı ilə məğlub olub və UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.
Beləliklə, növbəti mərhələyə vəsiqə qazanan tərəf Belarusun “Dinamo” (Minsk) klubu olub.