Mədət Quliyevi bu xanım əvəz edir – FOTO

medetqu

Xəbər verdiyimiz kimi, Mədət Quliyev Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verib. Maraqlıdır, bəs Mədət Quliyevi kim evəz edəcək?

Globalinfo.az manset.az-a istinadən xəbər verir ki, Mədət Quliyevi Velosiped Federasiyasının Baş katibi Elnarə Musayeva əvəz edir.

Elnarə Musayeva faktı təsdiqləyib:

“Bütün federasiyalarda olduğu kimi, bizim federasiyada da işlər əvvəlki qaydada davam edir. Bu məlumat hələ təzə yayıldığı üçün biz öz işimizi əvvəlki kimi davam etdiririk. Təbii ki, federasiya prezidenti gecə-gündüz işlərə birbaşa nəzarət etmir. İşlərin idarə olunmasını mən həyata keçirirəm. İş rejimi necə idisə, eyni qaydada davam edir”.

Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından bu vəzifəni yerinə yetirirdi.

1745497737 5210887965889393257

Elnarə Musayeva