“Neftçi” “Qəbələ”ni məğlub etdi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüşdə “Neftçi” “Qəbələ”ni qəbul edib. Görüş “ağ-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları 24-cü dəqiqədə Kenni Sayef və 76-cı dəqiqədə Rəhman Hacıyev vurublar.

Bu qələbədən sonra xallarını 29-a çatdıran “Neftçi” 3-cü pillədəki mövqeyini qoruyub. 20 xalı olan “Qəbələ” isı 5-ci sırada qərarlaşıb.