ÇL-də fantastik gecə: “Real Madrid”in oyununda 7 qol vuruldu

UEFA Çempionlar Liqasında (ÇL) 1/8 final mərhələsinin daha iki oyunu keçirilib.

Globalinfo.az xəbər verir ki, hər iki görüşdə qonaqlar qələbə qazanıblar.

Gecənin ən maraqlı matçında İngiltərədə “Liverpul”la İspaniyanın “Real Madrid” klubu üz-üzə gəlib. “Kral klubu” ilk dəqiqələrdə 2-0 geri düşməsinə baxmayaraq, 5 qol vuraraq qələbə qazanıb: 2-5.

Digər matçda “Ayntraxt” (Almaniya) “Napoli”yə (İtaliya) 0:2 hesabı ilə uduzub.