“Neftçi” onunla yollarını ayırdı

“Neftçi” futbol klubu 29 yaşlı nigeriyalı hücumçu ilə yollarını ayırıb.

Klubdan Globalinfo.az-a verilən məlumata görə, “ağ-qaralar” hücumçu Aaron Olanare ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verib.

Qeyd edək ki, A.Olanare bu mövsüm paytaxt klubunun heyətində 15 matçda 3 qol və 2 məhsuldar ötürmə edib.