Bir neçə oyun buna görə təxirə salındı

Avropanın bir sıra ölkələrində əlverişsiz hava şəraiti səbəbindən ölkə çempionatlarının oyunları təxirə salınıb.

Globalinfo.az xəbər verir ki, Almaniya Bundesliqanın 13-cü turunun “Bavariya” – “Union” oyunu güclü qar səbəbindən oynanılmayıb.

Avstriyada “Zalsburq” – “Rapid”, İsveçrədə isə “Sürix”in görüşü qar yağması səbəbindən baş tutmayıb.

Şotlandiya Liqasında isə “Livinqston” – “Ross Koutni” qarşılaşmasının əlverişsiz hava şəraiti səbəbindən keçirilməyəcəyi açıqlanıb.

Bu matçlarla yanaşı, bir çox oyunlar da eyni səbəbdən təxirə salınıb.