Futbol üzrə Misli Premyer Liqasında XVII turun növbəti oyunu keçirilib.
Globalinfo.az xəbər verir ki, “Neftçi” doğma meydanda “Kəpəz”i qəbul edib.
“Neftçi Arena”da oynanılan matç ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, turun daha əvvəl keçirilən oyunlarında “Sabah” “Araz-Naxçıvan”ı 1:0 hesabı ilə məğlub edib. “Şamaxı” – “Səbail”, “Zirə” – “Turan Tovuz” görüşləri isə qolsuz bitib. XVII tura sabah Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Sumqayıt” matçı ilə yekun vurulacaq.














