Necati Şaşmaz açıqladı: “Qurdlar Vadisi” geri dönür”

Türkiyə televiziya tarixinin əfsanəvi seriallarından olan “Qurdlar Vadisi” geri dönür.

Globalinfo.az bildirir ki, bu barədə serialın baş qəhrəmanı, “Polad Ələmdar” obrazını canlandıran aktyor Necati Şaşmaz “TRT Music”in qonağı olarkən deyib.

O bildirib ki, hazırda hazırlıq işləri gedir və yanvar ayında çəkilişlərin başlanması planlaşdırılır:

“Ömrümün 20 ili bu serialla keçib. Dəyərli, lakin çox yorucu işdir. Fikirləşdik ki, bir az ara verməliyik. İndi bu seriala tələb yenidən artıb”.