
Nebraskada yüngülmühərrikli təyyarə çaya düşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
Təyyarə Platte çayına düşüb və göyərtədə olan üç nəfər həyatını itirib. Onların cəsədləri çaydan çıxarılıb, lakin hələ şəxsiyyəti müəyyən edilməyib.
Qeyd edək ki, bu qəza son zamanlar bir neçə təyyarə və helikopter qəzasının ardından baş verib. Aprel ayında “Brooklyn Park Minnesota”da bir təyyarə bir evə düşüb və yanğına səbəb olmuş, təyyarədəki tək sərnişin həyatını itirmişdi. Aprelin 10-da isə Nyu-York yaxınlığında bir helikopter Hudson çayına düşüb, nəticədə pilot və bir ailənin beş üzvü həlak olmuşdu. Ertəsi gün Florida ştatında digər bir kiçik təyyarə qəzası baş vermişdi və təyyarədəki üç nəfər ölmüşdü.
Aysel Əliyeva
Globalinfo.az