Nazpəri Dostəliyevanın bacısı ağır əməliyyata hazırlaşır

Nazpəri Dostəliyevanın bacısı ağır əməliyyata hazırlaşır

Xalq artisti Nazpəri Dostəliyevanın bacısı Zeynəb Dostəliyeva ağır əməliyyata hazırlaşır.

Bu barədə Globalinfo.az-a N.Dostəliyeva açıqlama verib.

Onun sözlərinə görə, Z.Dostəliyevaya qaraciyər transplantasiyası olunacaq:

“Bacım son zamanlar geniş yayılmış virusa yoluxmuşdu. Bu virus da infeksiya yaradıb. Qarnına, ayaqlarına su yığılıb. Yaxşı ki, zəhərlənmə qanına keçməyib.

Onun qara ciyəri biraz zədəli idi, amma virus daxili orqanları daha da zədələdi. Əməliyyatın uğurlu keçəcəyinə inanıram. Allah bacımı mənə bağışlayacaq bilirəm. Allah heç kimə dərd göstərməsin”.

Zaira Akifqızı
Globalinfo.az